Menu

Gəncədə qadını vurub öldürən sürücü hadisə yerindən qaçdı

21.09.2019, 23:51
Gəncədə qadını vurub öldürən sürücü hadisə yerindən qaçdı

Gəncə şəhərində yol qəzası baş verib.“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeyd alınıb.

Markası və sürücüsü məlum olmayan avtomobil yolu keçmək istəyən Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynova S. adlı qadını vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol