Menu

Addımlarınızın sayını artırın - Ömrünüz uzansın

22.09.2019, 23:35
Addımlarınızın sayını artırın - Ömrünüz uzansın

Ürək-damar sisteminin normal fəaliyyəti üçün gənclər gündə azı 10 min, nisbətən yaşlılar isə 5-7 min addım atmalıdırlar.

“Qafqazinfo” xəbər verir ki, həkimlər gün ərzində avtomobillərdən imtina edərək piyada gəzintiyə üstünlük verməyi məsləhət görürlər. Gün ərzində gənclər 10, orta yaşlılar 5-7, yaşlılar isə 5 mindən az addım atırlarsa, ürək-damar sistemi zəifləyir. Üstəlik, belə insanlarda piylənmə, diabet, arterial təzyiq və ürək xəstəlikləri riski yüksək olur.

Alimlərin fikrincə, gündə 3 dəqiqə piyada gəziriksə, qan təzyiqi azalır, 5 dəqiqə piyada gəziriksə, əhvalımız yüksəlir, 10 addım yaradıcı düşüncəmizi itiləyir, 15 dəqiqə qanda şəkərin miqdarını salır.

Qeyd edək ki, 22 sentyabr – Ümumdünya Avtomobilsiz Gün kimi qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol