Menu

Bu gün payız Azərbaycana daxil olur

23.09.2019, 10:21
Bu gün payız Azərbaycana daxil olur

Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun Trend-ə verdiyi məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 23-də yerli vaxtla saat 11:50-də daxil olacaq.

Alimin sözlərinə görə, həmin gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qeyd edək ki, qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol