Menu

Qaradağda sərnişin avtobusu qəza törədib - Xəsarət alan var

23.09.2019, 12:39
Qaradağda sərnişin avtobusu qəza törədib - Xəsarət alan var

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agnetliyindən (BNA) bildirilib.

Belə ki, Qaradağ rayon ərazisində 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.

Agnetlik tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.

Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

BNA qeyd edib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza olaraq təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol