Menu

Nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumu artırılır

23.09.2019, 13:49
Nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumu artırılır

Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu artırılır.

APA-nın məlumatına görə, bu, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Eyni zamanda nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu da 30 manata qaldırılır.

Qanun qəbul ediləcəyi halda, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirə olunacaq.

Şərhlər

İ.Mustafaoğlu 2019-09-23 13:49:19

Nəqliyyat vasitələrinin texniki baxış dövlət rüsumunun 20-manatdan 30-manata qaldırılması,maddi imkanı zəif olan vətəndaşların yaşayış tərzinin ağırlaşmasına gətirib çıxaracaq. Yaxşı olar ki,dəyəri 30-min manatdan çox olan nəqliyyat vasitələrinə şamil edilsin. İdarə etdiyin nəqliyat vasitəsinin ayda 10-manatdan çox xərci var: İllik icbari söğorta pulu 50 manat,texniki baxış pulu 50 manat,yağının dəyişdirilməsi 50-100 manat və s.Texniki baxış pulunu qaldırmaqdansa,20 manatdan 10 manata endirmək lazımdır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol