Menu

Qubada dələduzluqda şübhəli bilinən 3 əcnəbi saxlanılıb

23.09.2019, 15:16
Qubada dələduzluqda şübhəli bilinən 3 əcnəbi saxlanılıb

Qubada dələduzluqda şübhəli bilinən 3 əcnəbi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən şəhər sakini V.Hüseynova sentyabrın 20-də işlədiyi mağazaya gəlmiş 3 nəfərin onu aldadaraq 180 manatını aldıqlarını bildirib.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən 3 əcnəbi müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol