Menu

Hakimliyə namizədlərin yazılı imtahanının vaxtı açıqlanıb

23.09.2019, 16:02
Hakimliyə namizədlərin yazılı imtahanının vaxtı açıqlanıb

Hakimliyə namizədlərlə test imtahanının ikinci fazası - yazılı imtahan sentyabr ayının 28-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək.

Hakimlərin Seçki Komitəsindən verilən məlumata görə, hakimliyə namizədlər "İmtahana buraxılış vərəqəsi"ni sentyabr ayının 25-dən bütün iş vaxtı ərzində, Hakimlərin Seçki Komitəsindən (Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şəxsiyyət vəsiqəsini təqdim etməklə almalıdır.

İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır.

İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq təqdim etməlidirlər. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.

Şərhlər

Musayıl 2021-03-03 22:06:11

Azpolitika sizdən xahiş edirik, Hakimliyə Test imtahan verənlərin topladıqları balı, namizədlərin adı ilə göstərilməsini xahiş edirik..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol