Menu

Ukrayna Rusiyanın sanksiyalarına cavab verəcək

17.09.2014, 16:37
Ukrayna Rusiyanın sanksiyalarına cavab verəcək

Rusiya Ukraynaya ticari məhdudiyyətlər tətbiq edəcəyi halda, Ukrayna da Rusiyaya eyni münasibəti göstərəcək.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib. O bildirib ki, Ukrayna Rusiyanın ticari məhdudiyyətlərinə hazır olmalıdır: “Mən rəsmi şəkildə demək istəyirəm ki, Ukrayna tezliklə Rusiyanın ticari sanksiyaları ilə üzləşəcək. Biz də elə həmin gün dərhal bu məhdudiyyətlərə qarşı lazımi ölçülər götürəcək və qarşılıq verəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol