Menu

Mobil operatorlarda internetin keyfiyyəti yoxlanılacaq

17.09.2014, 18:14
Mobil operatorlarda internetin keyfiyyəti yoxlanılacaq

“Mobil operatorlarda internetin keyfiyyəti ilə bağlı monitorinqlər aparmaq üçün müqavilə bağlanma ərəfəsindəyik”.

APA-nın qərb bürosunun verdiyi məlumata görə bu barədə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ilin axırına kimi bütün Azərbaycan üzrə mobil operatorların xidmətlərin keyfiyyətlərinə nəzarət və monitorinq keçirib nəticələri analiz olunaraq tənzimləyici qurum kimi operatorlara göndəriləcək.

“Son zamanlar inkişaf keyfiyyətdə bir sıra problemlər yaradıb. Hesab edirik ki, yüksək keyfiyyətli monitorinq nəticəsində olan tövsiyələr onların öz keyfiyyətlərinin yaxşılaşdırılması üçün çox böyük lazım olan bir vəsait olacaq”, - deyə nazir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol