Menu

Bakıda məktəbli qız itkin düşüb

25.09.2019, 12:36
Bakıda məktəbli qız itkin düşüb

Bakıda məktəbli itkin düşüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. 7-ci mikrorayon sakini Suraya Məmmədova polisə ərizə ilə müraciət edərək 15 yaşlı qızının Z.B (ad şərtidir) sentyabrın 21-də məktəbə getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol