Menu

"Azərbaycana müxalifət lazımdır" - Əli Həsənov

25.09.2019, 14:38
"Azərbaycana müxalifət lazımdır" - Əli Həsənov

"Yeni Azərbaycan Partiyası uzun müddət hakimiyyətdə qalacaq. Əliyevlər ailəsi uzun müddət Azərbaycan dövlətinin siyasətində olacaq. Onlar öz mənafelərinə deyil, Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət edirlər".

"Report"un xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, hər kəs ölkədəki inkişafın şahididir.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsi qısa müddətdə Azərbaycan qədər inkişaf etməyib: "Bunu ona görə demirəm ki, sizə xoş gəlsin. Bu, həqiqətdir. Həqiqəti də insanlara çatdırmaq lazımdır. Bəzi hallarda neqativ fikirlər səsləndirilir. Azərbaycana müxalifət lazımdır. 2001-ci ildə demişdim ki, müxalifət yenilənməlidir. Yeniləndimi? Xeyr. Xarici qrantların hesabına yaşayırlar, donmuş partiyadan yapışıblar. Azərbaycanda yenilənmiş, konstruktiv müxalifət olmalıdır. Belə olan halda inkişaf daha da sürətlə gedər. Savadsız, yöndəmsiz müxalifətdən iqtidar nə götürəcək? Heç nə…"

Şərhlər

Alı 2019-09-25 14:38:45

Bu yeznənin bu sözləri mənə məhşur Türk sənətçisi Hülya Avşarın bir mahnısının sözlərini xatırlatdı:"Atəşə baca lazım,
Kitaba hoca lazım,
Bana bir koca lazım,
O da bu gecə lazım"
Zalım balası elə bir restoranda kabab sifarişi verir."Mənə ordan 2 posu müxalifət budu gətirin". İlahi, bunlar agzını açanda nə qədər savadsız olduqıarı, bizə kimlərin rəhbərlik etdiyi və məhz belələrinin necə oldu ki, milləti bu günə saldıgı fikri dəhşətə gətirir.

Əli Həsənova 2019-09-25 14:38:45

"nəvə məsələsi"

Bashirov Qarib 2019-09-25 14:38:45

"...demişdim ki,muxalifət yenilənməlidir. Yeniləndimi? Xeyr...Savadsız,yöndəmsiz muxalifətdən iqtidar nə göturəcək? Heç nə..."
Bu agsaqqalın yazılarını tərcumə edib,dunyaya yayasan. Qoy hamı görsun ki,potensialımız necədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol