Menu

Angela Merkel İlham Əliyevi təbrik edib

25.10.2013, 13:54
Angela Merkel İlham Əliyevi təbrik edib

Almaniya kansleri Angela Merkel yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib.

«Ölkələrimiz arasında ikitərəfli xoş münasibətlərin gələcək inkişafına böyük nikbinliklə baxıram. Əminəm ki, Azərbaycan «Şərq tərəfdaşlığı» çərçivəsində Avropa İttifaqı ilə sıx əməkdaşlığın potensialından tam istifadə edəcəkdir.

Ölkənizin inkişafına, xüsusilə hüquqi dövlət və demokratik cəmiyyət quruculuğuna yönəlmiş siyasətinizi qətiyyətlə davam etdirmək işində Sizə uğurlar diləyirəm.

Almaniya indiyədək olduğu kimi, Azərbaycanı bu yolda etibarlı tərəfdaş kimi dəstəkləməyə hazırdır» - təbrik məktubunda deyilir.

Məlumatı AzərTAc yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol