Menu

ABŞ atom bombasını sınaqdan keçirib - NATO ilə birlikdə

26.09.2019, 00:31
ABŞ atom bombasını sınaqdan keçirib - NATO ilə birlikdə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Energetika Nazirliyi (EN) NATO ilə birlikdə atom bombasının sınağını həyata keçirib.

Verilən xəbərə görə, sınaq avqust ayında Nevadadakı poliqonda baş tutub.

Sınaq onunla əlaqədar olub ki, guya bombanın «xidmət» müddətinin uzadılması nəzərdən keçirilir. Amerikalı general Tay Nyuman qeyd edib ki, bu silah ABŞ-ın müttəfiqlərinin sakitliyini təmin edəcək və rəqiblərin qarşısını ala biləcək.

SInaqların final mərhələsi gələn il keçiriləcək və bu zaman bomba "F-16" qırıcısından atılacaq.

«Atom silahı yaradır» - deyə, İranı suçlayan, ona qarşı birtərəfli sanksiyalar tətbiq edən ABŞ özü istədiyi vaxt atom silahını sınaqdan keçirir, digər dövlətləri bu silahlarla təhdid edir. Maranlıdır, bu haqqı ABŞ-a kim və hansı əsasla verib?!

Bəs, Birləşmiş Millətlər Təşkilatı (BMT) buna necə dözür və susur?

Şərhlər

Arif 2019-09-26 00:31:55

Coğrafi ərazisi İrandan 6-7 dəfə çox, əhalis 3-dəfədən çox, olan həmçinin tam adada yerləşən ABŞ, kimdənsə qorxur və yaxudda kimisə qorxudur, ona görədə atomlarını sınağdan keçirdir, tarix boyu qonşuların əsasəndə Ərəblərin təcəvüzünə məruz qalan İrana bunu qadağan edir, əslində bu ingilis siyasətin tam tərkib hissəsidir, yəni İranı sıxışdırmaq adıyla, onun varlı qonşularından çoxlu pay qopartmaq, həmçinin bu qoparılmış payın nəticəsində öz hərbi mövcüdliyini bölgədə möhkəmləndirmək.

Bir Qarabağlı 2019-09-26 00:31:55

Məgər, BMT TŞ və ona Sədrlik edənlər təslim Azərbaycanla yanaşı işğalçı Ermənistanı eyni üzv-dövlətlər siyahısında saxlamırmı? BMT TŞ sadəcə, işğalçını Qarabağı azad edənəcən rəsmən dövlətlər siyahısından çıxara bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol