Ermənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yeni yol çəkilişini davam etdirirlər.
Ermənistan KİV-nin yaydığı məlumata görə, Gorus-Xankəndi və Vardenis-Ağdərə yolundan sonra bu dəfə Ermənistanın Qeqarkunik vilayətinin Norabak kəndindən Zod aşırımından keçməklə Kəlbəcər rayonunun mərkəzinə yol çəkilir.
Yeni yolun ümumi uzunluğu 25,5 kilometr olacaq. Tikinti işlərinin 2020-ci ilin ortalarında başa çatması gözlənilir. Xatırladaq ki, işğalçı ölkə rəhbərliyi Ermənistanın Qafan rayonundan Xocavəndə 4-cü yolun çəkiləcəyini də elan edib. /Modern.az



Şərhlər
zato bizde Qubaya yol cəkirik...
malades
DQ və ona bitişik ərazilərə,o cümlədən Kəlbəcərə yol çəkən Rusiyadır.Donetsk və Luqanskdan toplanmış muzdlu hərbi dəstələri Rusiya Kəlbəcərdə qurulan hərbi bazada yerləşdirib.İşğal olunmuş ərazilərimizi ermənilərin adına yazmaqla bir az yanlış yapırıq.İşğalçı,əslində Rusiyadır.Azərbaycan tərəfinin razılığı ilə Azərbaycanı təsir altında saxlamaq,müstəqilliyimizi buxovlamaq üçün Rusiyanın atdığı bu addım,artıq dünyaya da məlumdur.DQ-də baş verənlərə Azərbaycan tərəfinin reaksiya verməməsinin səbəbi də budur..
Day yalli geden,yolda tikmelidirde.Burda nevar ki?