Menu

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

26.09.2019, 20:43
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.

APA-nın TASS-a istinadla verdiyi xəbərinə görə, ABŞ administrasiyası Suriyada Rusiya Silahlı Qüvvələrinə yanacaq tədarükü ilə bağlı 3 fiziki şəxs, bir şirkət və 5 gəmiyə qarşı sanksiya tətbiq edib.

Sanksiyaya məruz qalan “Maritime Assistance” şirkətinin əməkdaşları - İvan Stepanyan, İvan Okorokov və İlya Loqinovun adları “qara siyahı”ya salınıb.

Sanksiya tətbiq edilən gəmilər isə “Yaz”, Siq”, “Sudak”, “Passat” və OT-2077 olub.

Rəsmi Moskva ABŞ-ın sanksiyalarını yolverilməz hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol