Menu

Sumqayıtda 4 ay əvvəl döyülən gənc fermada ölüb

26.09.2019, 23:53
Sumqayıtda 4 ay əvvəl döyülən gənc fermada ölüb

Sumqayıtda 4 ay əvvəl döyülən gənc evində ölüb.

Hadisə Sumqayıt şəhəri "Tuqzavod" adlanan ərazidə baş verib. Orada yaşayan Quliyev Natiq Əliyusif oğlu bu il may ayının 15-də qonşuluqda yerləşən fermadakı tikilidə yaşayan Bağırov Akif Səfər oğlunu xüsusi amansızlıqla döyüb. A.Bağırov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bir müddət müalicədən sonra evə buraxılan A.Bağırov yaşadığı fermadakı tikilidə dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb və iş Sumqayıt şəhər Prokurorluğuna göndərilib. (trend)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol