Menu

Obamanın Suriya planı dəstəkləndi

18.09.2014, 08:40
Obamanın Suriya planı dəstəkləndi

"İŞİD"ə qarşı mübarizə planını Nümayənədələr Palatasından sonra Senat da təsdiqləməlidir

Amerika Birləşmiş Ştatları Konqresinin aşağı palatası olan Nümayəndələr Palatası ölkə prezidenti Barak Obamanın «İŞİD» ekstremist hərəkatına qarşı mübarizə planını təsdiqləyib.

ANS-in məlumatına görə, Obamanın planı «İŞİD»ə qarşı Suriya müxalifətinin mötədil qoluna yardım edilməsini nəzərdə tutur. Pentaqon Suriya müxalifətini silah-sursatla təchiz edəcək və döyüşçülərə təlim keçəcək, lakin Amerika hərbçiləri hərbi əməliyyatlarda birbaşa iştirak etməyəcəklər.

ABŞ, eyni zamanda, «İŞİD»ə qarşı mübarizədə İraq hökumətinə də yardımı və müstəqil şəkildə «İŞİD» mövqelərinə aviazərbələri davam etdirməyi planlaşdırır.

Barak Obamanın planını ABŞ Konqresinin yuxarı palatası olan Senat da dəstəkləməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol