Menu

Teymur Rəcəbov Dünya Kubokunun finalına yüksəlib

27.09.2019, 17:58
Teymur Rəcəbov Dünya Kubokunun finalına yüksəlib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalına yüksəlib.

APA-nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın yarımfinalında fransalı Maksim Vaşye-Laqrava qalib gəlib.

İlk matçda heç-heçə edən təmsilçimiz ikinci partiyada rəqibini məğlub edib - 1,5:0:5. Bu qələbə T. Rəcəbova finala vəsiqə ilə yanaşı, 2020-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak hüququ verib.

Onun finaldakı rəqibi çinlilər - Dinq Liren və Yu Yanq Linin duelində bilinəcək. Klassik şahmatda 2 heç-heçə edən asiyalılar qalibi sürətli şahmatda müəyyənləşdirəcəklər.

Qeyd edək ki, Dünya Kuboku oktyabrın 4-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol