Menu

Şirvan sakini həyat yoldaşını və qayınanasını bıçaqlayıb

27.09.2019, 22:18
Şirvan sakini həyat yoldaşını və qayınanasını bıçaqlayıb

 

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini həyat yoldaşı, 1995-ci il təvəllüdlü Behbudova Güllübəyim Muxtar qızı və qayınanası, 1969-cu il təvəllüdlü Musayeva Sitarə Ərşad qızına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib, həyat yoldaşının qulağını kəsib.

Yaralılar Şirvan Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol