Menu

"Putinin SSRİ-ni bərpa etmək planı yoxdur" - Peskov

28.09.2019, 01:07
"Putinin SSRİ-ni bərpa etmək planı yoxdur" - Peskov

Rusiya Prezidenti Vladimir Putinin Sovet İttifaqını 2024-cü ilə qədər yenidən qurmaq planları yoxdur.

Virtualaz.org RİA Novosti-yə istinadla bildirir ki, bunu Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov həmçinin qeyd edib ki, Rusiya və Gürcüstan Tbilisi üçün neytral statusu saxlamaqla, eləcə də NATO-ya qatılmamaqla bağlı danışıqlar aparmır.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili istisna etməmişdi ki, Gürcüstan və Rusiya ümumiyyətlə bir ölkəyə çevrilə bilər, çünki onun fikrincə, Rusiya rəhbərliyi 2024-cü ilə qədər SSRİ-nin bərpasını planlaşdırır. Bununla belə, Saakaşvili bu məlumatı haradan əldə etdiyini açıqlamamışdı.

Saakaşvili, eyni zamanda, Gürcüstan hakimiyyətinin Moskvanın təzyiqi ilə NATO-ya üzv olmaq yolundan əl çəkə biləcəyini söyləmişdi.

Şərhlər

t.ədalət 2019-09-28 01:07:24

Peskov haqlıdır.Rusiyanın məqsədi SSRİ-ni yox, Rus imperiyasını bərpa etməkdir.Bu da boş xəyaldır.İqtisadiyyatı tənəzzülə uğrayan ölkənin sonu dağılmaqdır.Rusiya dağılmağa doğru gedir.İnşəllah!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol