Menu

Buffon Maldiniyə məxsus rekordu təzələyib

28.09.2019, 17:48
Buffon Maldiniyə məxsus rekordu təzələyib

İtaliya "Yuventus"unun qapısıçı Canluici Buffon klub səviyyəsində yeni rekord müəyyənləşdirib. "Report"un məlumatına görə, 41 yaşlı qolkiper buna VI turda SPAL komandası ilə A Seriyasının VI tur matçına start heyətdə çıxmaqla nail olub. O, klub səviyyəsində oyunlarının sayını 903-ə çatdıraraq, "Milan"ın sabiq müdafiəçisi Paolo Maldinini geridə qoyub.

Qeyd edək ki, Canluici Buffon oyunlarından 25-ni Fransa PSJ-sinin, 220-ni "Parma"nın, 658-ni isə "Yuventus"un heyətində keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol