Menu

Bakıda 11 yaşlı qız yanğında ölüb

29.09.2019, 09:39
Bakıda 11 yaşlı qız yanğında ölüb

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol