Menu

"ABŞ başladığı heç bir müharibəni bitirə bilməyəcək" - İranın XİN rəhbəri

29.09.2019, 14:46
"ABŞ başladığı heç bir müharibəni bitirə bilməyəcək" - İranın XİN rəhbəri

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi Vaşinqtonu kibermüharibəni başlamaqda ittiham edib.

"Report" xəbər verir ki, bu barədə o, NBC telekanalının efirində bildirib.

Zərifdən Amerika kəşfiyyat xidmətinin İranın ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışan ölkələr sırasına daxil olması barədə bəyanatlarını şərh etmək xahiş edilib.

"Bizim sizin seçkilərinizə müdaxilə etmək üçün üstünlüyümüz yoxdur. Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq, amma kibermüharibə gedir", - deyə İranın naziri cavab verib.

O, vurğulayıb ki, kibermüharibəni ABŞ İranın nüvə obyektlərinə "təhlükəli və məsuliyyətsiz" hücüm edərək başlayıb. Zərifin fikrincə, bu, milyonlarla insanın həlak olmasına gətirib çıxara bilərdi.

Bununla yanaşı, nazir ABŞ və İsrail tərəfindən İranın nüvə proqramına zərər vermək üçün hazırlanan "Stuxnet" virusunu xatırladıb.

Zərif həmçinin vurğulayıb ki, "ABŞ başladığı heç bir müharibəni bitirə bilməyəcək".

Şərhlər

Mirzə AĞ 2019-09-29 14:46:08

Bu ki, ABŞ-n siyasətinin ana xəttini təşkil edir - başladığı müharibələrin heç biri bitməsin...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol