Menu

Türkiyədən TANAP layihəsinə "yaşıl işıq"

18.09.2014, 11:20
Türkiyədən TANAP layihəsinə "yaşıl işıq"

Türkiyə parlamenti Türkiyə və Azərbaycan arasında Trans Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə qarşılıqlı anlaşma memorandumunu təsdiqləyib.

Azvision.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Resmi Gazeta” qəzeti xəbər yayıb.

TANAP layihəsinin 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Layihənin dəyəri 10-11 milyard həcmində qiymətləndirilir.

Qeyd edək ki, TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu 2014-cü il mayın 26-da Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol