Menu

Türkiyədə hərbi hissədə kütləvi zəhərlənmə olub

29.09.2019, 22:46
Türkiyədə hərbi hissədə kütləvi zəhərlənmə olub

Türkiyənin Sakarya vilayətində yerləşən Taşkısısığı ərazisindəki hərbi hissədə kütləvi zəhərlənmə baş verib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sentyabrın 28-də axşam yeməyindən sonra narahat olan 143 hərbçi yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Sakarya valiliyinin məlumatına görə, baş verənlər Türkiyə vaxtı ilə saat 22.30-dan sonra müşahidə olunub. Bildirilir ki, hərbçilərdən 63-ü ilkin müayinədən sonra hərbi hissəyə qaytarılıb, 73-ü tibbi nəzarətə götürülüb, 7-si isə xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol