İŞİD-in neft satdığı ölkələrdən biri Türkiyədir
ABŞ dövlət katibi Con Kerri özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatının Türkiyəyə neft satdığı ilə bağlı iddiaları təsdiqləyib.
ANS-in məlumatına görə, Kerri bu barədə ABŞ Senatında keçirilən iclasda deyib.
Belə ki, senator Ed Markey Kerriyə "Qaçaq neft, İŞİD ordusunun həyat qaynağı halına gəlib. O səbəbdən də bir az Türkiyə haqqında danışın. Bunu dayandırmaq üçün hansı səylərimiz olacaq?" deyə sual ünvanlayıb.
ABŞ dövlət katibi isə bu suala cavabında İŞİD-in neft satdığı ölkələrdən biri Türkiyə olduğunu təsdiqləyib.
Kerri bu mövzunu mətbuata qapalı görüşmək istədiyini bildirib.


Şərhlər