Menu

"Azərbaycanda orta ömür ildən-ilə uzanır" - Əli Əhmədov

30.09.2019, 15:59
"Azərbaycanda orta ömür ildən-ilə uzanır" - Əli Əhmədov

"Oktyabr ayının 1-i dünyada ahıllar günü kimi qeyd olunur. Yaşlılara qayğı bəşəri sivilizasiyaların ən ali dəyərlərindən sayılır. Azərbaycan xalqına xas olan mədəni və əxlaqi dəyərlər bu sırada xüsusi yer tutur".

"Report" xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov "Facebook"dakı səhifəsində yazıb.

O qeyd edib ki, yaşlı insanlara qayğı və diqqət ailənin və cəmiyyətin təməl prinsipləri kimi əsrlər boyu formalaşaraq bu günümüzə gəlib çatıb: "İndi həmin prinsip və dəyərlər həm də müstəqil Azərbaycan dövlətinin sosial siyasətində özünün təcəssümünü tapır. Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edən insana qayğı dediklərimizin əyani sübutu hesab edilməlidir".

Ə.Əhmədov vburğulayıb ki, Azərbaycanda orta ömür ildən-ilə uzanır, yaşlı və ahıl əhali artır: "Eyni zamanda dövlətin əhalinin bu kateqoriyasına diqqəti və qayğısı da daim artmaqdadır. Dayanıqlı pensiya təminatı, pensiyaların məbləğinin mütəmadi olaraq artırılması, ehtiyacı olanlara səhiyyə xidmətlərinin göstərilməsi ahılların həyatının rahatlığına etibarlı zəmanətdir. İndi yaşlı insana qayğı göstərilməsi təkcə onun yaxınlarının vəzifəsi deyil. Bu işin getdikcə daha çox hissəsini böyük məmnuniyyətlə dövlət öz üzərinə götürür. Əlbəttə, bu, övladların valideynləri qarşısında borcunu yerinə yetirməkdən onları azad etmir və etməməlidir. Valideynin qayğısını çəkmək hər kəsin müqəddəs, insani borcu, kamilliyinin ifadəsidir. Sevindirici haldır ki, ölkəmizdə ailələrin və insanlarımızın əksəriyyətinə bu keyfiyyətlər yüksək dərəcədə xasdır.

Hər bir ahıl vətəndaş əmindir ki, o tək deyil, ailəsinin, yaxınlarının və dövlətinin hər cür qayğısı ilə əhatə olunub. Gəlin onlara möhkəm can sağlığı və uzun ömür arzulayaq".

Şərhlər

Əli Əhmədova 2019-09-30 15:59:57

Əli Əhmədovun dedikləri bizim Statistika Komitəsinin "Sizə hansı rəm lazımdır"əsasında göstərdikləri rəqəmlərə bənzəyir.250-300 manat maaşla və ya təqaüdlə bir ay (30 gün ) yaşamağa, Azərsunun ərzaqları və xaricdən gətirilmiş geni dəyişmiş meyvə-tərəvəzlə qidalanan insanın uzun ömr sürməsi praktik cəhtdən mümkün deyil.Ona görə bu yazı növbəti yalan kimi qəbul olina bilər.Axı əhalinin əksər hissəsi vəzifəli məmurlar kimi rüşvət ala bilmir,büdcə oğurlamır,cinayət yolu ilə varlanmırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol