“Qarabağ əlili adından istifadə edib kiməsə xəsarət yetirmək olmaz. Çünki Qarabağ əlillərinə dövlət və ölkə başçısı tərəfindən çoxlu imtiyazlar verilir. Ən çox imtiyazlar elə bizə verilib”
Bu barədə Vətən Müharibəsi Əlillərinə Kömək Cəmiyyətinin sədri Məhərrəm İsmayılov özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərinə münasibət bildirərkən deyib.
O vurğulaylb ki, əgər kimsə Qarabağ əlili adından istifadə edib hansısa biznesmendən pul alıb harasa bir qrup şəxslə gedib orada ara qarışdırırsa, müxalifətyönlü KİV-lərə "pas ötürürsə", bunun özü sabotajdır:
“Bu günə kimi hansı Qarabağ əlilinin evinin üstündə dava olub? Heç kimin. Bu kimi problem yaradan şəxslər gedib bir neçə mülki vətəndaşları yığıb özlərini əlil kimi təqdim edirlər. Məndə bu kimi insanların başqa-başqa vaxtlarda harada nələr etməkləri ilə bağlı videolar var”.


Şərhlər
Bu Qarabağ əlilləri,yaxşı olar ki,belə çıxışları onlara mənzilləri şəhərdən kənarlarda,müalicə müəssisələrinə gediş-gəlişin problem olduğu yerlərdə verən Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin qarşısında etsinlər.Dövlət torpaqlarına müdaxilə,tikintinin icazə verilmədiyi yerlərdə toplanmaq,qanunsuz nəyisə tələb etmək,adətən savadsızlıqdan irəli gəlir.Ayrı-ayrı əlil və müharibə veteranları təşkilatları ləğv edilməli,rayon İH-lərində onlarla iş şöbələri yaradılmalıdır.