Menu

"Mavi balina" oynayan gənc və anası intihar edib

01.10.2019, 10:54
"Mavi balina" oynayan gənc və anası intihar edib

Gürcüstanın İmereti rayonunun Tskaltubo qəsəbəsində 18 yaşlı oğlan özünü 9 mərtəbədən ataraq intihar edib.

APA-nın yerli bürosunun xəbərinə görə, qohumları gəncin “Mavi balina” oynadığını bildiriblər.

Oğlunun ölümündən sonra anası da intihar edib.

Oğlanın təhsil aldığı ictimai məktəbin direktoru bildirib ki, ailə üzvlərinin ölümündən sonra evdə şübhəli qeydləri olan bir vərəq tapılıb.

Faktla bağlı Gürcüstan cinayət məcəlləsinin intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb və araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol