Menu

Tramp impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb

02.10.2019, 08:41
Tramp impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb

ABŞ prezidenti Donald Tramp Konqresdə impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter"dəki səhifəsində yazıb.

"Mən hər gün daha çox bildikcə, o nəticəyə gəlirəm ki, olanlar impiçment deyil, insanlardan hakimiyyəti, onların səslərini, azadlıqlarını, onların ikinci düzəlişini (Konstitusiyaya-red), dini, silahlı qüvvələri, sərhəddə (Meksika ilə sərhədi-red) divarı və Amerika Birləşmiş Ştatları vətəndaşlarına Allah tərəfrindən verilən hüququ almaq üçün nəzərdə tutulmuş çevrilişdir", - deyə o özünün "Twitter"dəki səhifəsində yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol