Menu

Putin Koçaryanla görüşdü

02.10.2019, 11:17
Putin Koçaryanla görüşdü

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanla görüşüb.

APA-nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, görüş dünən Rusiyanın Yerevandakı səfirliyində baş tutub.

Sabiq prezidentin ofisi və Rusiya səfirliyi görüş barədə şərh verməyiblər.

Qeyd edək ki, V. Putin ötən gün Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasında iştirak etmək üçün Ermənistana səfər edib.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında R. Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident R. Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir. Sentyabrda R. Koçaryanın vəkilləri müdafiə etdikləri şəxsin azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət ediblər. Yerevan məhkəməsi sabiq prezidenti həbsdə saxlayıb.

Şərhlər

omer 2019-10-02 11:17:21

Qardaslar 1 heftediki yazirdiz butin ermenstana 2saatliga gedir..noldu?indi bele cixirki 2defe ermeni hemkaile,1defe koceryaninxanimi ile gorusub..a be noldu??ele bu bedxaqlari reklam edirsiniz..ugurlarh il

yalçın 2019-10-02 11:17:21

onun kimin adamı olduğu bu görüşdən aşkar bilinir..şərhə ehtiyac yoxdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol