Menu

"Oğlumu "8-ci km" bazarında görüblər" - 12 gündür itkin düşən tələbənin atası

02.10.2019, 16:17
"Oğlumu "8-ci km" bazarında görüblər" - 12 gündür itkin düşən tələbənin atası

Bakıda itkin düşən tələbə nəzarət kameralarına düşüb.

Bu barədə APA-ya Azərbaycan Dillər Universitetinin tələbəsi, 2000-ci il təvəllüdlü Əsədulla Cəfərovun atası Əfqan Cəfərov bildirib.

Onun sözlərinə görə, oğlu "8-ci km" bazarı ərazisində nəzarət kameralarına düşüb.

Hüquq-mühafizə orqanları tərəfindən axtarışlar davam etdirilir.

Qeyd edək ki, ADU-nun tələbəsi Əsədulla Cəfərovun 12 gündür itkin düşməsi barədə məlumat yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol