Menu

Qazaxda 28 yaşlı qadın oğurlanb - Saxlanılan var

03.10.2019, 15:14
Qazaxda 28 yaşlı qadın oğurlanb - Saxlanılan var

Qazaxda 28 yaşlı qadını oğurlayan şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, rayonun Daşsalahlı kənd sakini, 1991-ci il təvəllüdlü N.Məmmədəliyeva oğurlanıb.

Məlumata görə, həmyerlisi Hüseynxanov Vüsal Fədail oğlu onu zorla evlənmək məqsədilə oğurlayıb.

Qazax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı fakt təsdiqini tapıb və V.Hüseynxanov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol