Menu

Ucarda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb

03.10.2019, 20:34
Ucarda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Ucar rayonunda 28 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaracallı kəndində baş verib.

Kənd sakini 1991-ci il təvəllüdlü Alı Zahid oğlu Umudov kənd ərazisindən keçən kanaldan elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən, ehtiyatsızlıqdan onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol