Menu

Donetskdə separatçılar hava limanını mühasirədə saxlayır

18.09.2014, 16:57
Donetskdə separatçılar hava limanını mühasirədə saxlayır

Donetsk separatçıları və rus ordu birləşmələri artıq 2 gündür şəhərin strateji hissələrindən biri olan hava limanını mühasirədə saxlayır.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dünən hava limanına doğru hərəkət edən rus tank və ZTR-lərinin hücumunun qarşısı bir az öncə alınıb.

Ukrayna mətbuatının verdiyi xəbərə görə, ölkə ordusu hadisə zamanı 2 əsgərini itirib 7 hərbiçi isə yaralanıb. Ruslar tərəfdən itkilərin sayı çox olduğu bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol