Menu

Bakıda sərxoş kişini təcili tibbi yardım avtomobili vurub

04.10.2019, 01:15
Bakıda sərxoş kişini təcili tibbi yardım avtomobili vurub

 

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, təxminən 40-45 yaşlarında şəxsiyyəti hələlik məlum olmayan kişi sərxoş vəziyyətdə qəfildən yolun yüksək sürətli hərəkət zolağına çıxıb.

Bu zaman yoldan keçən təcili tibbi yardım avtomobili piyadanı vurmamaq üçün avtomobili yayındırmağa çalışsa da, piyada nəqliyyat vasitəsinin altında qalaraq xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol