Menu

"Piketi müşahidə adı altında insanların qanunsuz toplantısı planlaşdırılır" - Qüdrət Həsənquliyev

04.10.2019, 11:43
"Piketi müşahidə adı altında insanların qanunsuz toplantısı planlaşdırılır"  - Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Bakı Şəhəri İcra Hakimiyyətinin Milli Şuranın piketinə icazə verməsi ilə bağlı partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb.

BAXCP sədri deyib ki, piket keçirmək hər bir siyasi qüvvənin təməl haqqıdır: “Çox yaxşı, bu, onların konstitusion hüququdur. Amma məni təəccübləndirən o oldu ki, qanunun aliliyi uğrunda mübarizə apardığını bəyan edən şəxslər insanları çağırır ki, gəlin piketi müşahidə edin.

Qanuna görə, 50 nəfərdən çox adam piketə qatılarsa, bu, artıq qanunun tələblərinin pozulmasıdır. Deməli, piketi müşahidə adı altında insanların kütləvi, qanunsuz toplantısı planlaşdırılır. Bu isə həmin ərazidə qanunsuz aksiya olması və nəqliyyatın hərəkətini pozacağına görə polisin müdaxiləsinə səbəb olacaq.

Kənar şəxslərin ora toplanmasının qarşısını almaq əvəzinə, əhalini piketi müşahidə etmək adı altında aksiyaya çağırmaq, sadəcə siyasi dələduzluqdur. Sözsüz ki, baş verəcəklərə görə də, məsuliyyəti bu cür çağırış edənlər daşımalıdır. Ona görə də, Bakı Şəhəri İcra Hakimiyyəti və Baş Polis İdarəsi təşkilatçıları bu barədə xəbərdar etməlidir. Mən də millət vəkili olaraq insanları qanunlara hörmət etməyə, təxribatlara uymamağa çağırıram”.

Şərhlər

miri 2019-10-04 11:43:44

Möhtərəm Qüdrət. Hər bir kəsin nəyisə müşahidə etmək, tamaşa etmək haqqına necə qadağa qoymaq olar. Deputatlar bir "qarın doyurmaq" üçün heç bir məntiqə sığmayan fikirləri deyir, amma dünyanın heç bir yerində (hətta rejim ölkələrində belə) qadağası olmayan , elə sən demiş "təməl haqqımız"in istənilməsinə baxa bilmərik? Bəsdir, artıq deputatların nağıllarında inanan yoxdur....
P.s. xahiş edirəm , rəyi yerləsdirəsiniz.

aqil 2019-10-04 11:43:44

baw polis idaresnin evezine muxalifetci qudret beyin narahatciligi sual dogurur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol