Menu

Nazirdən yol polisində dəyişikliklər - Tağım komandirləri ilə bağlı

05.10.2019, 11:55
Nazirdən yol polisində dəyişikliklər - Tağım komandirləri ilə bağlı

Yol polisində geniş islahat davam edir, post komandirlərinin yeri dəyişdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində geniş islahatlara başlayıb və proses davam edir. Nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının tağım komandirlərinin yeri dəyişdirilib, başqa təyinatlar da var.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Alayın 10-cu tağımın komandiri, mayor Qulu Quliyev İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi təyin edilib. Şəmkir postunun komandiri, mayor Aqil Məmmədov 9-cu tağımın komandiri vəzifəsindən azad olunaraq Qaradağ postunun – 6-cı tağımın komandiri təyin edilib. Qaradağ postunun komandiri, mayor Vüqar Əsgərov bu vəzifədən azad edilərək Saray postunun – 1-ci tağımın komandiri təyin edilib. 1-ci tağımın komandiri, mayor Ürfət Şükürov 7-ci tağımın - Nəvai postunun komandiri təyin edilib. Nəvai postunun komandiri, mayor Vüqar Kərimli isə Salyan postunun – 10-cu tağımın komandiri təyin olunub. İsmayıllı postunun – 4-cü tağımın komandiri, mayor Ağasəlim Nağıyev təqaüdə göndərilib. Onun yerinə Qəbələ rayon DYP-nin rəisi Yusif Səlimov təyin edilib.

Şəmkir postunun komandiri vəzifəsinə 9-cu tağımın baş inspektoru Elnur Zeynalov təyin edilib. Nazirin daha bir əmri ilə mayor Şahmar Süleymanov Sabirabad postunun komandiri vəzifəsindən azad edilərək 3-cü tağımın - Müşfiq postunun komandiri təyin edilib.

Şərhlər

Mehdi 2019-10-05 11:55:25

eloqlu 2019-10-05 11:55:25

neyneyib ki , ( ((((((((( ??????

аvam şofer 2019-10-05 11:55:25

Cəmi bir nəfəri dəyişmək lazımdır.O da Baş Dövlət Pol Polisinin rəisini.Təzə gələn idarə rəisi öz komandasını formalaşdıraraq köhnələri dəyişəcək.Daha belə kiçik yerdəyişmələr nazir işi deyil.

Elxan 2019-10-05 11:55:25

Çox böyuk islahatdı

Adil 2019-10-05 11:55:25

Bunun harası islahatdır? Rus demişkən"şilo na mılo!Bir də bu yerdəyişmənin məqsədini açıqlayan olsa daha aydın olar.Məqsəd qaranlıq olaaq qalır.Biri bir yerdə iyləndikdə yer dəyişmələr başlayır.Buna islahat yox,aldatmaca deyilir!...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol