Menu

Türkiyənin döyüş təyyarələri Azərbaycanda - Fotolar

18.09.2014, 19:40
Türkiyənin döyüş təyyarələri Azərbaycanda - Fotolar

İrimiqyaslı birgə taktiki təlimlərin növbəti mərhələsində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri və helikopterləri Azərbaycana gəlib.

Müdafiə Nazirliyindən verilən məlumata  görə, sentyabrın 19-da keçiriləcək təlimlərin növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən, “MiQ-29”, “F-16” qırıcıları, “Su-25”, “C-130 Herkules” hərbi-nəqliyyat təyyarələri, “Mi-24”, “AH-1W Super Cobra” döyüş və “Mi-17”, “Sikorski UH-60” döyüş-nəqliyyat helikopterləri iştirak edəcək.

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən havadan zərbələr endirməklə, yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetiriləcək.

Hərbi təyyarələr və helikopterlər gəlməkdə davam edir.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery link="file" ids="55747,55748,55750,55751,55752,55753"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol