Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Andrey İllarionov Kremlin sahibinin yeni torpaqların işğaılına hazırlaşdığı barədə xəbərdarlıq edib. Almaniyanın “Die Welt” qəzetinə danışan A. İllarionovun fikrincə, hazırda Belarus müdafiəsiz qalıb və Ukraynadan daha çox təhdid altındadır.
Keçmiş müşavirə görə, NATO və Avropa Birliyinin Rusiya ilə bağlı strategiyası bir çox sahələrdə uğursuzluğa düçar olub.
“NATO və AB-nin əsl məqsədi beynəlxalq düzəni 2008-ci ilə qədər olan, yəni Gürcüstan toprpaqlarının bir hissəsinin işğalına qədərki dövrünə geri qaytarmaqdır. Lakin bu hədəflər hələ ki, gerçəkləşdirilməyib”,-deyə rusyialı müxalifətçi jurnalist Kristof Şiltslə söhbətində deyib.
İllarionovun söylədiyinə görə, Qərb alyansı Rusiyanın Baltikyanı və digər ölkələrinə yönəlik strategiyasına qarşı planlarında xeyli dəyişkliyə gedib. O, çoxmillətli döyüş qruplarının daha təhlükəli nöqtələrə göndərilməsini doğru addım hesab etsə də, kifayət olmadığını vurğulayıb.
Andrey İllarionov Avropanın ən çox Belarus xalqına kömək etməli olduğunu düşünür: “Bu ölkə NATO üzvü deyil, beləliklə onun həqiqi müdafiəsi də yoxdur. O zaman sual yaranır ki, Belarus Rusiya tərəfindən aqressiya və hücuma məruz qalarsa NATO burada nə edəcək?”.
Rusiyalı ekspert Belarusun göründüyü qədər möhkəm idarə oluna rejimə malik olmadığını iddia edib.
“Məsələn Aleksandr Lukaşenko meşəyə göbələk toplamağa gedib, oradan geri qayıtmaya bilər. Biz keçmişdə Moskvanın insanları yox etmək üsulları ilə bağlı geniş imkanlara malik olduğunu görmüşük. Bu zaman Belarus kimi birincinin, yəni əmr edənin olmadığı bir yerdə bütün sistem çökər”,-deyə o qeyd edib.
Politoloq bu mənada 25 ildir eyni liderin arxasınca gecən, əhalinin 90%-nin rus dilində danışdığı Belarusla Ukraynanı qarışdırmamağı məsləhət görüb: “Ukraynada bir oliqarx işğalçıya qarşı öz hərbi birliklərini qurub savaşa girdi. Belarusda belə bir şeydən danışa bilməzsiniz”.
Rusiyanın Yaxın Şərqdəki maraqlarıbarədə də danışan Andrey İllarionov Vladimir Putinin burada ABŞ prezidentilərindən daha çox dözümlülük və hiyləgərlik nümayiş etdirdiyini vurğulayıb. “2015-ci ilə qədər Yaxın Şərqdə tək dominant qüvvənin ABŞ olduğu bilinirdi. Lakin Suriyadan sonra Yaxın Şərqdə hər şey Rusiyaın xeyrinə dəyişdi, burada amerikalıları sadəcə olaraq saymırlar. Bu Putin üçün böyük qələbə hesab olunmalıdır”, - deyə Kremlin keçmiş məsələhətçisi söyləyib


Şərhlər