Menu

Göygöl rayon yol polisinin rəisi vəzifəsindən azad olunub

05.10.2019, 18:29
Göygöl rayon yol polisinin rəisi vəzifəsindən azad olunub

Göygöl rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi vəzifəsindən azad edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis mayoru Mais Məmmədov tutduğu vəzifədən azad edilib.

Hələlik bu vəzifəyə təyinat yoxdur.

Qeyd edək ki, M.Məmmədov 2 ilə yaxın bu vəzifədə çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol