Menu

Gəncədə avtomobil motosikletə çırpılıb, xəsarət alan var

06.10.2019, 00:25
Gəncədə avtomobil motosikletə çırpılıb, xəsarət alan var

Gəncədə bir nəfərin xəsarətilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report”un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektində “VAZ-2107” markalı avtomobil motosikletə çırpılıb.

Qəza nəticəsində motosiklet sürücüsü, Ramin Həmzəyev xəsarət alıb. O, xəstəxanaya aparılıb, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol