Menu

Bakıda Böyük Britaniya vətəndaşı bıçaqlanıb

06.10.2019, 01:02
Bakıda Böyük Britaniya vətəndaşı bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Sabail rayonu, Nizami küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yerləşən parkların birində 1979-cu il təvəllüdlü Böyük Britaniya vətəndaşı Pol Hevist tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zəmnində o, qarşı tərəfdən bıçaq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol