Menu

Bakıda eşitmə və danışma qüsurlu kişini avtomobil vurub

06.10.2019, 23:59
Bakıda eşitmə və danışma qüsurlu kişini avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

Həmin küçədəki mənzildə yaşayan eşitmə və danışma qüsurlu 1988-ci il təvəllüdlü Şorinov Sərxan Afət oğlu evlərinin yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb və ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol