Menu

Yaponiya sahillərində KXDR və yapon gəmiləri toqquşub

07.10.2019, 09:08
Yaponiya sahillərində KXDR və yapon gəmiləri toqquşub

Yaponiya sahillərində KXDR və yapon gəmiləri toqquşub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Noto yarımadasından şimalda qeydə alınıb. Toqquşma zamanı Koreya Xalq Demokratik Respublikasının balıqçı gəmisi batmağa başlayıb. Bu zaman təxminən 20 nəfər dənizə düşüb. Yaponiyanın Sahil Mühafizəsi əraziyə patrul gəmisi göndərib

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Qeyd edək ki, Yaponiya və Koreya Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər mövcud deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol