Menu

Fransa – Azərbaycan oyununun hakimləri açıqlanıb

07.10.2019, 13:53
Fransa – Azərbaycan oyununun hakimləri açıqlanıb

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Fransa – Azərbaycan oyununun hakimləri açıqlanıb.

APA-nın məlumatına görə, oktyabrın 10-da keçiriləcək görüşü portuqaliyalı ədalət təmsilçiləri idarə edəcəklər.

Matçın baş hakimi Antonio Emanuel Karvalyo Nobre olacaq. Ona yan xətt hakimləri Nuno Pereyra və Bruno Alves Xesus kömək edəcəklər. Dördüncü hakim funksiyasını Helder Malheyro yerinə yetirəcək.

Qeyd edək ki, Kale şəhərindəki “Stad Lepope”də baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol