“AFB Bank” “AzPolitika.info”nun redaksiyasına 24 sentyabr tarixində dərc edilən 
Azərbaycan bank sisteminin aparıcı maliyyə institutlarından biri olan “AFB Bank” Açıq Səhmdar Cəmiyyətinin cari il ərzində fəaliyyətində yalnız irəliləyişlər qeydə alınıb. Ümumilikdə isə 2019-cu ilin ötən 9 ayı üçün olan maliyyə göstəriciləri keçən ilin müvafiq dövrünə aid göstəricilər ilə müqayisədə yüksəkdir. Belə ki, 30.09.2019 tarixinə olan göstəricilərə əsasən bankın aktivləri 582,700 milyon manat təşkil edir, bu rəqəmdə keçən illə müqayisədə 162,659 milyon manat artım müşahidə olunur. Əgər keçən il sentyabr ayının nəticələrinə diqqət yetirsək, bankın kredit portfeli 206,461 milyon manatdan 284,618 manata qədər artıb. “AFB Bank”-ın məcmu kapitalı isə hal-hazırda 77,400 milyon manat təşkil edir. Bankın dividend ödəməsi onun möhkəm maliyyə vəziyyətindən xəbər verir. ROE göstəricisinə görə isə “AFB Bank” Azərbaycan maliyyə bazarında top 5-ə daxildir. 2019-cu ilin iyul ayında dünyanın nüfuzlu beynəlxalq reytinq agentliyi “Fitch Rating”-in “AFB Bank”-ın uzunmüddətli emitentinin defolt reytinqini (EDR) "B” səviyyəsində təsdiqləməsi bütün bunların daha bir sübutudur. Məlumat üçün bildirək ki, bu reytinq ölkədə 100% yerli kapitala malik olan özəl banklar arasında ən yüksək göstəricilərdən biridir. AFB Bank, hər zaman ictimaiyyətə açıq olduğunu xüsusi vurğulayaraq gələcəkdə də media nümayəndələrinin suallarına cavab verməyə hazır olduğunu bildirmək istəyir.”
“AzPolitika.info” isə xatırladır ki, bankın nəzərdə tutduğu məqalədə “AFB Bank”-ın öz açıqlamasında da göstərildiyi kimi, onun səhmlərinin 99,64 faizinin Hikmət İsmayılova aid olduğu qeyd edilmişdi. H.İsmayılovun isə mətbuatda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağı və onun biznesinin idarə olunmasında iştirak edən şəxslərdən biri kimi təqdim edildiyi bildirilmişdi.
Bankın maliyyə vəziyyətinə gəldikdə isə bir neçə göstəriciyə diqqət yetirilmişdi. Məsələn, göstərilmişdi ki, cari ilin birinci rübünün nəticələrinə görə, bankın faiz gəlirləri cəmi 14,3 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 milyon manat və ya 24,2% azdır. Həmçinin, ötən illə müqayisədə banka ödənilən haqq və komissiyalar da iki dəfə azalaraq, 3,5 milyon manatdan 1,6 milyon manata düşüb. Bu, o deməkdir ki, bankın xidmətindən istifadə edilməsi iki dəfədən də çox azalıb. Həmçinin, bankdakı depozitlər 95 milyon manat azalaraq, 317,1 milyon manatdan 222,1 milyon manata düşüb və s.
“AzPolitika.info”


Şərhlər