Menu

Azərbaycan prezidenti Biləsuvarda səfərdədir

04.09.2013, 15:15
Azərbaycan prezidenti Biləsuvarda səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev Salyana səfərini başa çatdıraraq Biləsuvar rayonuna gedib. APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yeni salınan Heydər Əliyev Parkında görülmüş işlər barədə prezident İlham Əliyevə məlumat verib. Ümumi sahəsi 2 hektar olan parkda genişmiqyaslı yaşıllaşdırma işləri görülüb, 4 müasir fəvvarə kompleksi tikilib, işıqlandırma sistemi quraşdırılıb, Bayraq Kompleksi inşa olunub.

Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, əlamətdar hadisə münasibətilə onları təbrik edib.

Sonra prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı sisteminin, Şirvan-Muğan qrup su kəmərinin baş planları və texniki göstəricilərini əks etdirən stendlərə baxıb. Layihə barədə məlumat verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib ki, Biləsuvar şəhəri içməli su ilə Araz çayından çəkilən “Cənub” kanalından təmin olunub. Şəhərdə sutəmizləyici qurğu olmadığından kanal suyu çökdürülərək əhaliyə verilib. Şəhərin 21 min sakininin təxminən 50 faizinə yerli Sukanal İdarəsi tərəfindən xidmət göstərilib. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyib.

Azərbaycan prezidenti Biləsuvara səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol