Menu

XİN başçılarının görüşünün vaxtı bilinib

07.10.2019, 18:26
XİN başçılarının görüşünün vaxtı bilinib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün vaxtı bilinib.

Türkiyənin Azərbaycandakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının növbəti üçtərəfli görüşü oktyabrın 16–da Tbilisi şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sonuncu üçtərəfli görüşü ötən ilin oktyabr ayında İstanbulda baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol