Menu

Türk kanalları “Azerspace-1”də

19.09.2014, 09:44
Türk kanalları “Azerspace-1”də

“Kanal D”, “Star”, “ATV” “Azerspace-1”dən yayımlanır

Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ölkənin ilk telekommunikasiya peyki “Azerspace-1” üzərindən yeni türk kanallarının yayımına başlayıb.

ANS-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla verdiyi məlumata görə, “Azərkosmos”dan verilən məlumata əsasən, hazırda “Azerspace-1” üzərindən 11046-H (EU) tezliyində Türkiyənin “Kanal D”, “Star TV”, “TV 8”, “ATV”, “Show TV” kanalları yayımlanır.

Qeyd edək ki, hazırda “Azerspace-1” üzərindən yerli “Azərkosmos” və “Teleradio” yayım paketləri ilə yanaşı, “İveriaSat”, “UKRKOSMOS”, “Əfqan”, “USA” yayım paketləri vasitəsi ilə 126 kanal yayımlanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol